Müştəri dostunu gətirir — hər iki tərəf qazanır.
Müştəri tətbiqdən öz dəvətini paylaşır. Dostu qoşulub ilk alışını edəndə hər ikisinə bonus yazılır. Yeni müştəri reklamdan yox, tanışının tövsiyəsindən gəlir.

Bu modul nəyi dəyişir.
Xərc yalnız nəticəyə görə
Bonus dəvət göndəriləndə deyil, real alış baş tutanda yazılır — boşa gedən büdcə olmur.
Gələn müştəri hazır gəlir
Dost tövsiyəsi ilə gələn adam sizə artıq inanır. Tanıtma və inandırma mərhələsi keçilmiş olur.
Kim kimi gətirdi görünür
Hər dəvətin kimdən gəldiyi paneldə izlənir — sizi ən çox tövsiyə edən müştərilər tanınır.
Üç addımda.
Müştəri dəvətini paylaşır
Tətbiqdən bir toxunuşla — mesajla, sosial şəbəkədə və ya birbaşa.
Dostu qoşulur
Dəvəti qəbul edən şəxs tətbiqi yükləyir və sizin müştərinizə çevrilir.
Hər ikisi qazanır
İlk alış tamamlananda bonus avtomatik olaraq hər iki tərəfə yazılır.
Dəvətin şərtini və mükafat məbləğini siz təyin edirsiniz.
Digər modullar
Referral modulunu biznesinizdə görək.
Sizin ssenarinizə uyğun qurulmuş demo hazırlayaq — 20 dəqiqəlik görüş kifayətdir.
Demo istəyin