Doğru mesaj, doğru müştəriyə — SMS xərci olmadan.
Müştəri artıq sizin tətbiqinizdədir, ona görə ona birbaşa bildiriş göndərilir. Hər mesaj üçün ayrıca ödəniş və ayrıca SMS balansı saxlamaq lazım gəlmir.
Bu modul nəyi dəyişir.
Hamıya deyil, seçilmişə
30 gündür gəlməyənlər, yalnız səhər gələnlər, yalnız müəyyən səviyyə — seqment paneldən qurulur.
SMS-dən ucuzdur
SMS-də Azərbaycan hərfləri simvol limitini iki dəfə azaldır və xərci qaldırır. Push-da belə məhdudiyyət yoxdur.
Nəticəsi görünür
Bildiriş kupona və ya bonusa bağlanır — kimin gəldiyi və nə qədər xərclədiyi hesabatda görünür.
Üç addımda.
Seqmenti seçirsiniz
Kimə göndəriləcəyini davranışa görə müəyyən edirsiniz.
Mesajı yazırsınız
Şablonlar hazırdır; təklifi kupona və ya bonusa bağlaya bilərsiniz.
Nəticəni ölçürsünüz
Neçə nəfər açdı, neçəsi gəldi, nə qədər xərclədi — hamısı paneldə.
Bildirişlər avtomatlaşdırıla bilər: şərt yerinə yetiriləndə sistem özü göndərir.
Digər modullar
Push bildiriş modulunu biznesinizdə görək.
Sizin ssenarinizə uyğun qurulmuş demo hazırlayaq — 20 dəqiqəlik görüş kifayətdir.
Demo istəyin